UAE və hamiləlik


Uşaqlıq arteriyalarının embolizasiyası və hamiləlik

Təəssüf hissiylə demək istəyirik ki, uşaqlıq miomasının hamiləliyə və doğuma 100% -lik ehtimalla zəmanət verə biləcək müalicə üsulu mövcud deyil. Əgər uşaqlıq mioması hamiləliyin yaranmasına və/və ya hamiləliyin gedişatına maneə törədirsə miomektomiya (histerorezektoskopiya) və ya uşaqlıq arteriyalarının embolizasiyasının tətbiqi mümkündür.

Əgər əməliyyat edən ginekoloqun nəzərincə miomektomiya mümkündürsə və uşaqlığın itirilməsi və ya onun kobud çapıq deformasiyası təhlükəsi törətmirsə elə bu əməliyyatı həyata keçirmək tələb olunur.

Lakin əgər miomektomiya çətinlik törədirsə və ya uşaqlığın kobud çapıq deformasiyası, bitişmə xəstəliyinin inkişafı və ya əməliyyatın histerektomiyaya keçmə təhlükəsi törədirsə, bu zaman UAE uşaqlığın saxlanılması və doğum imkanı üçün yeganə imkan olaraq qalır. Təəssüf ki, bu çox sıx rast gəlinən klinik haldır - miomaların sayının çoxluğu, böyük ölçülü miomalar, eləcə də interstisial möhtəviyyatlı miomalarda çox vaxt miomektomiya imkansızdır.

Bizim kliniki bazalarımızda pasientlərə cərrah-ginekoloqlar konsultasiya verirlər və onlar miomektomiyanın yerinə yetirilmə imkanını, eləcə də UAE tətbiqinin məqsədəuyğunluğunu dəqiqliklə qiymətləndirirlər.

Mioma qaynar xətti!

Konsultasiya - Yardım - Qəbula yazılma

(055) 500 71 77

(022) 303