Bu sayt nə üçün hazırlanıb?

Baxmayaraq ki, uşaqlıq mioması qadınlarda ən geniş yayılmış xoşxassəli şişdir, bu xəstəliyin müalicəsi əvvəlki kimi kompleks problem olaraq qalır.

Uşaqlıq miomasının müalicəsi barədə qeyri-dəqiq məlumatların çoxluğu bir çox qadınların illərlə qeyri effektiv üsullarla və dərmanlarla müalicə olunmağına səbəb olub. Bunun nəticəsində də onlar orqanı qoruyub saxlayan müasir metodikalardan vaxtı-vaxtında istifadə etməkdən özlərini məhrum edirlər.

Mioma.az saytı uşaqlıq miomasından əziyyət çəkən qadınlara bu geniş yayılmış xəstəliyin müxtəlif müasir müalicə metodları haqqında dəqiq, dolğun və obyektiv məlumat almaqlarına yardım üçün hazırlanmışdır.

Uşaqlıq mioması nədir?

Uşaqlıq mioması – saya əzələdən əmələ gələn xoşxassəli törəmədir. Miomalar heç bir halda xərçəngə çevrilmir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlığın miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur.

Uşaqlığın miomasının əmələ gəlmə səbəbləri

Uşaqlığın miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır.

Doğru bildiyimiz yalnışlar!

Təəssüf ki, hazırki dövrdə uşaqlıq miomasından əziyyət çəkən əksər qadınlara histerektomiya – uşaqlığın kəsilib götürülməsi məsləhət görülür. Bununla bərabər belə bir əməliyyatın nəticəsi barədə heç bir məlumat vermirlər. Biz əminliklə deyə bilərik ki, mioması olan əksər pasiyentlərin müalicəsi üçün effektiv, orqan qoruyub saxlayan və təhlükəsiz alternativ metodlar mövcuddur.

Əgər sizdə mioma aşkarlanıb və əməliyyat tövsiyə olunursa, histerektomiya və ya miektomiyaya razılaşmağa tələsməyin. Bilirsinizmi ki, əməliyyata müasir minimal invaziv alternativ var: cəmi bir günə miomanı unutduran Uşaqlıq Arteriyalarının Embolizasiyası (UAE)

Embolizasiya (UAE) nədir?

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyəsində kiçik dəlikdən bud arteriyasına girilir və nazik xüsusi kateterların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır.

Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

Embolizasiya (UAE) müalicəsi harada icra edilir?

Əgər sizə uşaqlıq mioması diaqnozu qoyulmuşsa, UAE əksər hallarda ən optimal həll metodu ola bilər. Təəssüf ki, hal-hazırda yalnız bir neçə klinikaların UAE prosedurunu yerinə yetirmək üçün imkanı var. Bunlardan biri Gəncə Beynəlxalq Xəstəxanasının Mioma Müalicə Mərkəzi-dir.


Müalicə Mərkəzimizdə Uşaqlıq miomasına birdəfəlik "Əlvida" deyən xanımların sayısı:

682

(055) 500 71 77

(022) 303