Sual-cavab


Çoxsaylı miomalar olduğu halda embolizasiya aparmaq olarmı?

- Şübhəsiz ki olar. Embolizasiya prosesi zamanı bütün mimatoz düyünləri qanla təchiz edən bütün patoloji damarlar qapanır. Bizim pasiyentlərimizin 90%-də çoxsaylı miomalar mövcud olur.

Embolizasiya eksperimental metoddurmu?

- Xeyr. Dünya üzrə ildə 100 000 embolizasiya aparılır. Əsasən ABŞ, Avropa və Asiya ölkələrində. Ölkəmizdə UAE bəzi mərkəzlərdə yerinə-yetirilir, lakin hələ də bu metodun mümkünlüyü zəruri səviyyədən çox aşağıdır.

Nəyə görə UAE həkim ginekoloqlar tərəfindən yerinə-yetirilmir?

- Bu prosedurun yerinə yetirilməsi üçün endovaskulyar cərrahiyyə sahəsində yüksək kvalifikasiya tələb olunur. Bundan əlavə demək olar ki bütün ölkələrdə müəyyən olunmuş qaydalara görə ginekoloqlar endovaskulyar müdaxilə edə bilməzlər, eləcə də endovaskulyar cərrahlar ənənəvi ginekoloji əməliyyatları yerinə yetirmirlər. Bundan əlavə, embolizasiya yerinə yetirilən klinika bir neçə million dəyərində xüsusi aparatura ilə təchiz olunmalıdır. Bütün bunlar UAE hər yerdə həyata keçirilməsinə maneə törədir və bu proseduru böyük çoxsahəli klinikaların müstəsna imkanına (preroqativinə) çevirir.

Nəyə görə bəzi ginekoloqlar UAE qarşıdırlar?

- UAE inkişaf etmiş ölkələrin kliniki təcrübəsinə köklü surətdə daxil olmuş bir metoddur. Əgər həkim UAE qarşı çıxırsa, bu məlumat azlığından və ya qərəzli, qeyri obyektiv münasibətdən irəli gəlir. Qeyri-obyektivlik əksər hallarda UAE üçün zəruri təchizat və mütəxəssislərin olmadığı klinikanın məhdud imkanları olduqda meydana çıxır. Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, UAE hər zaman, bütün uşaqlıq mioması hallarında yerinə yetirməyi tövsiyyə olunan metod deyil. Elə buna görədir ki, bizim bütün bazalarımızda uşaqlıq miomasının mövcud olan bütün müalicə üsullarını tətbiq etmək imkanımız var. Pasientləri endovaskulyar cərrah lar deyil, bütün metodları istifadə edə bilən ginekoloqlar müayinə edir. Bu yolla müalicə üzrə qeyri obyektiv tövsiyyələrdən yayınmaq mümkün olur.

Embolizasiyadan sonra miomalar yenidən əmələ gələ bilərmi?

- Xeyr, bu ola bilməz. Bu onunla əlaqədardır ki, UAE zamanı nəinki mövcud miomaların damarları, həmçinin yeni miomatoz düyünlərin böyüyə biləcəyi "böyümə nöqtələri" də blok edilir. Bu da embolizasiyanın miomektomiyadan daha bir üstün cəhətidir, belə ki miomektomiyadan sonra miomalar çox vaxt yenidən əmələ gəlir.

UAE müvəqqəti həll yolu ola bilərmi?

- 98%-dən çox hallarda UAE uşaqlıq mioması problemini tamamilə həll edir və artıq gələcəkdə miomanın heç bir digər müalicə üsuluna (o cümlədən uşaqlığın götürülməsi) ehtiyac qalmır.

Embolizasiyada hər-hansı bir yaş həddi mövcuddurmu?

- Yaş həddi yoxdur. Bununla belə, müalicə üsulunun seçimi hər zaman fərdi xarakter daşıyır. Göstərişlərin müəyyən olunması zamanı həkimlər bir çox müxtəlif faktorları nəzərə almalıdırlar.

Embolizə edici hissəciklər damarlarla bədənin digər hissələsirn də keçə bilərmi?

- Bu heç cürə mümkün deyil. Hissəciklər xüsusi selektiv mikrokatetrlər vasitəsilə birbaşa miomanı qidalandıran uşaqlıq arteriyalarına yeridilir. Onlar oradan heç cürə bədənin digər hissələrinə keçə bilməzlər.

Embolizasiya üçün klinikada neçə gün keçirmək zəruridir?

- Əksər hallarda biz embolizasiyanı xəstəxanaya yerləşdirilən ilk gündə yerinə yetiririk. Bundan sonra stasionarda bir gündən üç günə qədər qalmaq zəruridir. Artıq embolizasiyadan bir həftə sonra işləmək və fəal həyat tərzinə keçmək olar.

Mioma qaynar xətti!

Konsultasiya - Yardım - Qəbula yazılma

(055) 500 71 77

(022) 303