Haqqımızda


Bu sayt nə üçün hazırlanıb?

Baxmayaraq ki, uşaqlıq mioması qadınlarda ən geniş yayılmış xoşxassəli şişdir, bu xəstəliyin müalicəsi əvvəlki kimi kompleks problem olaraq qalır.

Uşaqlıq miomasının müalicəsi barədə qeyri-dəqiq məlumatların çoxluğu bir çox qadınların illərlə qeyri effektiv üsullarla və dərmanlarla müalicə olunmağına səbəb olub. Bunun nəticəsində də onlar orqanı qoruyub saxlayan müasir metodikalardan vaxtı-vaxtında istifadə etməkdən özlərini məhrum edirlər.

Mioma.az saytı uşaqlıq miomasından əziyyət çəkən qadınlara bu geniş yayılmış xəstəliyin müxtəlif müasir müalicə metodları haqqında dəqiq, dolğun və obyektiv məlumat almaqlarına yardım üçün hazırlanmışdır.

Təəssüf ki, hazırki dövrdə uşaqlığın miomasından əziyyət çəkən əksər qadınlara histerektomiya – uşaqlığın kəsilib götürülməsi məsləhət görülür. Bununla bərabər belə bir əməliyyatın nəticəsi barədə heç bir məlumat vermirlər. Biz əminliklə deyə bilərik ki, mioması olan əksər pasiyentlərin müalicəsi üçün effektiv, orqan qoruyub saxlayan və təhlükəsiz alternativ metodlar mövcuddur.

Əgər sizdə mioma aşkarlanıb və əməliyyat tövsiyə olunursa, histerektomiya və ya miektomiyaya razılaşmağa tələsməyin. Bilirsinizmi ki, əməliyyata müasir minimal invaziv alternativ var: cəmi bir günə miomanı unutduran Uşaqlıq Arteriyalarının Embolizasiyası (UAE).

Mioma qaynar xətti!

Konsultasiya - Yardım - Qəbula yazılma

(055) 500 71 77

(022) 303